May 21, 2022 11:28 Asia/Baku
  • Ağaəli Yəhyayev 30 sutka müddətinə  həbs edilib 

Bakı Ağır Cinayətlər Məhkəməsinin binası yaxınlığında saxlanılan dini fəal Ağaəli Yəhyayev 30 sutkalıq  inzibati həbs cəzasına məhkum edilib.

SəhərAzəri-nin məlumatına əsasən, mayın 20-də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələblərinə tabe olmama) maddələri ilə təqsirli bilib

Qeyd edək ki Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətovun barəsində hökm elan edilən zaman Yəhyayev və daha 4 fəal məhkəmə binasının yaxınlığında saxlanılıb.

Hüquq müdafiəçisi Arzu Abdulla bildirib ki, onlardan ikisi - Süleyman Ələkbərov və Mail Kərimli axşam saatlarında sərbəst buraxılıblar.

Digər iki saxlanılan fəalın  - İmran Məmmədli və Elgiz Məmmədovun taleyi naməlum olaraq qalır.

Teqlər