Qarabağdakı separatçı qurum Şuşadan hava görüntüləri yayıb
Ermənilərə aid kəşfiyyat PUA-sının Şuşa ərazisinin üzərində müşahidə aparması və bu müşahidə ilə bağlı videomaterialın Xankəndidəki erməni qurum tərəfindən sosial şəbəkədə paylaşılması, ciddi nigarançılıqlara səbəb olub.
SəhərAzəri-nin MODERATOR.AZ-a istinadən verdiyi məlumata görə,Azərbaycan Respublikasının hava hücumundan müdafiə qoşunlarının Qarabağ və Zəngəzur ərazisində ən mükəmməl şəkildə qorumalı olduğu Şuşa səmasına separatçı erməni qurumunun dronunun yaxınlaşması və kəşfiyyat aparması, məsul şəxslərin vəzifələrinə tam uyğun olmadığını havadan müdafiədə ciddi problemlərin mövcud olduğunu sübut edir.
Həmin kəşfiyyat PUA-larını hərbi PUA-lar da əvəz edə bilərdi bu isə ciddi faciələrə gətirib çıxaracaqdı.
Şuşa səmasında video çəkməklə məşğul olan dronları separatçılara kim, hansı marşrutla və nə vaxt çatdırıb? Bu sual da ciddi gündəmə gəlib.
Ümumiyyətlə Qarabağ üzərində Azərbaycan səmasının bir hissəsinin bu ölkənin nəzarətində olmaması məsələsi ciddi sual doğurur.
MODERATOR.AZ sonda yazır: Hadisənin gələcəkdə təkrarlanmması üçün ciddi və kompleks tədbirlər görülməlidir.
İlk növbədə hava hücumundan müdafiə bölmələrinin döyüş növbətçiliyinə nəzarət artmalıdır.
İkincisi, Orduya və digər güc strukturlarında real ictimai nəzarət mütləq təmin edilməlidir.
Üçüncüsü, Erməni silahlılarının rusların müvəqqəti nəzarətində olan ərazilərdən çıxarılması təmin edilməlidir.
Və sonucu Ermənistandan Qarabağa gələn hər bir şəxs, daşınan hər qram yük, o cümlədən sülhməramlılara göndərilənlər Azərbaycanın müvafiq strukturları tərəfindən diqqətlə yoxlanılmalıdır.