Dini fəallar işgəncəyə məruz qalıblar +VİDEO
Bazar ertəsi "Müdafiə Xətti QHT-nin ofisində mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında saxlanılmış dindarların insan hüquqlarının pozulması ilə bağlı mətbuat konfransı keçirilib.
SəhərAzəri-nin Turan xəbər agentliyinə istinadən verdiyi məlumata görə,Onlardan üçün: Ağali Yəhyayev, İmran Məmmədli və Elgiz Məmmədov inzibati qaydada 30 gün müddətinə həbs olunub.
Yəhyayevin bacısı Elnarə Eldar bildirib ki, qardaşı sadəcə olaraq dini fəal Razi Hümbətovun işi üzrə prosesə gəlib. Polis məhkəmə qarşısında toplaşanları sıxışdırıb uzaqlaşdırmağa başlayıb, qardaşı isə qeyri-iradi olaraq polisin əlini itələyib.
Onlardan ikisinə - Mail Kərimli və Süleyman Ələkbərov həbs edilməyib. Amma Bakının Nəsimi rayon 22-ci polis şöbəsindən onları başqa bir idarəyə aparıblar və orada işgəncəyə məruz qoyublar. Sonda isə videoya çəkdikdən sonra uzaq bir yerdə buraxıblar.
"Müdafiə Xətti" QHT-nin rəhbəri Rüfət Səfərov bildirib ki, bu gün "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımovu Sabunçu rayon 14 saylı polis şöbəsinə çağırıblar ki, o, mətbuat konfransında iştirak edə bilməsin.
Səfərov polislərin hərəkətlərini pisləyib, özbaşınalıq və vətəndaşların fundamental azadlıqlarının pozulması kimi qiymətləndirib.