İyun 01, 2022 12:49 Asia/Baku
  • Rüşvətxor məmurlardan bəziləri saxlanılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bəzi rüşvətxor əməkdaşları barədə cinayət işi başlanılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğu və İqtisadiyyat Nazirliyinin birgə məlumatında bildirilir ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsində şöbə rəisi işləyən Mircavad Haşımov həmin İdarədə böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Zakir Kazımov ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında reşvətxorluq əməlləri ilə məşğul olubmuş.

Adıçəkilən rüşvətxor məmurların saxlanıldığı bildirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasında bir çox nazirliklər və dövlət qurumlarında korrupsiya və rüşvətxorluq geniş yayılıb və vaxtaşırı olaraq bəzi məmurların həbs edilməsi ümumi durumun dəyişməsinə heç bir töhfə vermir. Tənqidçilər korrupsiya ilə mübarizənin ciddi olmadığı və görüntü xarakteri daşıdığını deyirlər. 

Teqlər