İyun 07, 2022 14:31 Asia/Baku
  • Səbəb: Hüquq-mühafizə orqanlarının Allahı təhqir etməsi!

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri və müstəntiqlər tərəfindən dini müqəddəsatın təhqir edilməsinə etiraz olaraq Azərbaycanda aclıq aksiyası keçirən məhbusların sayı artıb.

SəhərAzəri-nin məlumatına əsasən, Müsəlman Birliyi Hərəkatının lideri Höccətülislam Tale Bağırzadənin aclıq aksiyasına başlamasından sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında saxlanılan hərəkat üzvlərinin dindirilməsi zamanı Uca Allahın təhqir olunmasına etiraz əlaməti olaraq aclıq aksiyasına bir-neçə digər məhbus gəncin qoşulduğu bildirilir.  

Bu barədə Abbas Hüseynin Facebook səhifəsində məlumat verilib.

Qeyd olunur ki, Nardarandan olan din məhbusu Cabbar Cabbarov və 1 saylı Bakı Cəzaçəkmə Müəssisəsində saxlanılan dindar jurnalist Polad Aslanov aclıq elan ediblər.

Bundan əvvəl 8 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan dindar gənc Abbas Hüseyn də dünən aclıq aksiyasına başlayan Hacı Tale Bağırzadəyə qoşulub.

Hacı Tale Bağırzadə aclıq aksiyasını “şəhidlik aksiyası” adlandırıb və “Müsəlman Birliyi Hərəkatının” iki üzvünə işgəncə verilərək, onlardan ifadə almaq, həm də onlara ruhi və psixoloji iztirablar vermək üçün Allahı təhqir edən şəxslərin cəzalandırılmasını tələb edir.

Teqlər