İyun 09, 2022 13:52 Asia/Baku
  • ABŞ səfiri Bakıdan Rusiyaya qarşı əməliyyat evi görüntüsü yaratdı

ABŞ-ın Bakıdakı səfiri Rusiyanı Azərbaycan Respublikasına qarşı qıcıqlandıracaq açıqlamada “Azərbaycan ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaları pozmur” deyib.

SəhərAzəri-nin məlumatına əsasən,ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bu gün Amerikanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Azərbaycan Respubliaksı tərəfindən pozulması halları ilə bağlı sualları cavablandırarkən deyib ki, Azərbaycan ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaları pozmur.

ABŞ və digər Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Rusiyanı iqtisadi cəhətdən zəiflətmək məqsədi güddüyünü deyən səfir Rusiyanı Azərbaycan Respublikasın qarşı yönəldə və rəsmi Bakıya bədbin edə biləcək tərzdə belə deyib:

“Biz başa düşürük ki, region ölkələri onlara qarşı sanksiyaların gözlənilməz təsirləri ehtimalından çox narahatdır. Biz Bakıda hakimiyyətlə dialoq aparırıq, sanksiyaların hansı nəticələrinin ola biləcəyini və bu narahatlıqların aradan qaldırılması üçün hansı tədbirlərin görülə biləcəyini müzakirə edirik”.

Beləlikdə Bakını Rusiyaya qarşı sanksiyaların tətbiqi baxımından əməliyyat mərkəzi kimi təqdim edən ABŞ səfiri Bakı tərəfindən sanksiyaların pozulması hallarının olub-olmaması barədə dəqiqləşdirici sualın cavabında isə belə deyib: “Biz sanksiyaların hər hansı pozuntusunu müşahidə etmədik. Azərbaycan öz iqtisadi siyasətində kifayət qədər şəffafdır”.

Azərbaycanın digər qonşusu  İrana da ABŞ sanksiyaları tətbiq edilib və burada da bütün məsələlər müzakirə olunur və problem yaranarsa həll edilir”, - diplomat bildirib.

Teqlər