İyun 09, 2022 19:34 Asia/Baku
  • İslamçı məhbus xəstəxanaya yerləşdirilib

“Müsəlman Birliyi” Hərəkatının lideri, həbsdə olan Tale Bağırzadə 7-ci gündür ki, Qobustan həbsxanasında aclığı davam etdirir.Hərəkatın digər üzvləri və dindarlar onunla həmrəylik əlaməti olaraq aksiyaya qoşulublar.

SəhərAzəri-nin Turana istinadən verdiyi məlumata görə, dindarlar polisin işgəncə tətbiq etməsinə və hüquq-mühafizə orqanları əməkdaşlarının Allaha küfür etməsinə etiraz edirlər.

Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin binası yaxınlığında saxlanılan iki dindar mayın 23-də mətbuat konfransında təhlükəsizlik qüvvələrinin işgəncələri və Allahı təhqir etdikləri barədə danışıblar.

Aclıq nəticəsində iştirakçılardan biri, Cabbar Cabbarovun vəziyyəti kəskin pisləşib, o, qan qusmağa başlayıb və həbsxana xəstəxanasına yerləşdirilib.

Turan İnformasiya Agentliyi “Müsəlman Birliyi” Hərəkatına istinadən yazır ki, Bağırzadə ilə yanaşı, təşkilatın üzvləri Abbas Hüseyn, Cahad Babakişizadə, Seyfəddin Şirvanov, Gəncə işi üzrə mühakimə olunmuş Firudin Zeynalov və jurnalist Polad Aslanov aclığı davam etdirirlər.

Turan bildirir ki, penitensiar Xidmətdə aclıq barədə məlumatı şərh etməyiblər, ancaq Cabbarovun müalicə müəssisəsinə köçürüldüyünü təsdiqləyiblər

Teqlər