İyun 13, 2022 15:12 Asia/Baku
  • Həbsdə olan ruhanilər aclıq aksiyasını davam etdirirlər

Həbsxanada aclığın 10-cu günündə “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadənin səhhətində problemlər yaranıb. Əsasən dünəndən bədəninin hərarəti yüksəlib. Bu barədə Hərəkatın sədr müavini Elçin Qasımov öz Facebook səhifəsində yazıb.

SəhərAzəri-nin Turana istinadla verdiyi məlumatına əsasən, Tale Bağırzadə sağlamlığında yaranan problemlərə rəğmən Allaha küfür edən güc qurumlarının cəzalandırılması tələbilə aclıq aksiyasını davam etdirmək əzmindədir.

Bağırzadənin xanımı Leyla İsmayılzadə osə bildirib ki, iyunun 13-də Tale Bağırzadə evə zəng edib: “Səsində yorğunluq vardı. Son iki gündür hərarət, başgicəllənmə, gözlərində bulanıqlıq var”.

Hərəkatın məlumatına görə, Tale Bağırzadədən başqa digər dindarlar: Abbas Hüseynov, Cahad Babakişizadə, Seyfəddin Şirvanov, Firudin Zeynalov, Fariz Məmmədov, Allahverdi Ruzbekar və Vəli Ələkbərzadə həbsxanalarda eyni tələblə aclığı davam etdirirlər:

Teqlər