İyun 14, 2022 08:53 Asia/Baku
  • Hakimiyyət aksiyaya məhəl qoymur

“Müsəlman Birliyi” Hərəkatının üzvləri öz tərəfdarlarının aclıq aksiyası barədə mətbuat konfransı keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, “Müsəlman Birliyi” Hərəkatının bir qrup fəalı həbsdə olan dindarlrın aclıq etməsilə əlaqədar mətbuat konfransı keçirib. 

Hərəkatın üzvü Elçin Qasımov bildirib ki, hakimiyyət aksiyaya məhəl qoymur və aclıq edənlər haqda məlumat vermir.

O deyib: "Biz bu məsələni sivil şəkildə həll etməyə çalışdıq, lakin, görünür, hakimiyyət bunu istəmir. Biz aclıq edənlərdən və onların ailələrindən danışmırıq, biz hakimiyyəti Allaha hörmət etməyə çağırırıq. Qoy, araşdırma aparsınlar və günahkarları cəzalandırsınlar".

Qasımov xatırladıb ki, hüquq müdafiəçisi Rüfət Səfərov ombudsmana müraciət edərək Qobustan həbsxanasına baş çəkməyə və aclıq aksiyasının təşəbbüsçüsü Tale Bağırzadənin vəziyyətini yoxlamağa çağırıb.

Bu arada Allahın təhqir olunmasına etiraz olaraq Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov da aclıq aksiyasına qoşulub.

Bu barədə Kürdəxana təcridxanasında saxlanılan Razi müəssisə rəhbərliyinə müraciət edərək Allahın təhqirinə etiraz olaraq aclığa başladığını bildirib.

Teqlər