Milli Qurtuluş günü
Bu gün Azərbaycan Respublikasında Milli Qurtuluş günü kimi qeyd olunur.
SəhərAzəri-nin məlumatına əsasən, 1993-cu il iyunun 15-də Azərbaycan Respublikasının hazırkı prezidenti İlham Əliyevin atası mərhum Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün bu ölkədə Milli Qurtuluş günü kimi qeyd olunur.
Bu hadisə Heydər Əliyevin bir daha hakimiyyətə qayıtmasının başlanğıcı kimi qiymətləndirilir.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü,SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.
1993-cü ilin iyununda Surət Hüseynovun silahlı dəstələri o vaxt fəaliyyətdə olan prezident Əbulfəzl Elçibəyi devirmək məqsədi ilə Bakıya hücuma hazırlaşarkən Elçibəy Heydər Əliyevi problemin həlli üçün Naxçıvandan Bakıya dəvət etdi. Heydər Əliyev Bakıya qayıtdıqdan sonra həmin il iyunun 15-də Ali Sovetin sədri vəzifəsini tuta bildi və həmin ilin oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti kürsüsünə keçdi.
Heydər Əliyev ömrünün sonuna qədər Azərbaycan Respublikasının prezidenti vəzifəsində fəaliyyət göstərmişdir.
Mərhum Heydər Əliyevin 2003-cü il dekabrın 12-də vəfatından sonra onun oğlu İlham Əliyev atasının yerini tutdu və bu günədək ölkə başçısıdır.
15 iyun tarixi 1998-ci ildən Azərbaycan Respublikasında dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.