Kəlbəcər yenidən atəşə məruz qalıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i390208-kəlbəcər_yenidən_atəşə_məruz_qalıb
Ermənistan atəşkəsi pozaraq, Kəlbəcəri yenidən atəşə məruz qoyub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2022 06:01 Asia/Baku
  • Kəlbəcər yenidən atəşə məruz qalıb

Ermənistan atəşkəsi pozaraq, Kəlbəcəri yenidən atəşə məruz qoyub.

SəhərAzəri xəbər verir: Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, bu ölkə ordusunun bölmələri tərəfindən müvafiq cavab tədbirləri görülüb.

Qeyd olunur ki, Ermənistan ordusu Kəlbəcər istiqamətində yenidən təxribata əl atıb. Belə ki, iyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.