“Azərbaycan saatı” televiziya kanalının dəyirmi masasında MBH liderinin vəziyyəti araşdırıldı
Tale Bağırzadədən aclıq aksiyasına son qoyması istənilib
“Azərbaycan saatı” televiziya kanalının dəyirmi masasında MBH liderinin vəziyyəti müzakirə olunaraq, Tale Bağırzadədən aclıq aksiyasına son qoyması istənilib.
SəhərAzəri-nin məlumatına əsasən, dəyirmi masasının iştirakçıları vurğulayıblar ki, Azərbaycan Respublikasının mövcud atmosferində cəmiyyətin Hacı Tale Bağırzadə kimi cəsur insanlara ehtiyacı var və onun aclıq aksiyası müqəddəsləri təhqir edənlərin cəzalandırılmasını tələb edir.
Azərbaycan İslam Partiyası Qadınlar Şurasının sədri Növrəstə İbrahimova Hacı Talein öz canına qəsd edərək mübarizə apardığını vurğulayıb, Tale Bağırzadə, Mövsüm Səmədov kimi insanların həm də bəşəri dəyərlərə xidmət etdiklərini vurğulayıb.
Xanım siyasətçi Tale Bağırzadənin guya İranın Azərbaycan Respublikasındakı agenti olması ilə bağlı təbliğatlara toxunaraq deyib: “Bir millət öz bəşəri, dini və İslami dəyərlərini qorumaq istəyirsə, kiməsə İranın agenti damğasını vurmaq absurddur”.
2015-ci ilin noyabrında Nardaran hadisəsinin veteranı, Müsəlman Birliyi Hərəkatının üzvü Hacı Əbülfəz Bünyadov da deyib: “Azərbaycan Respublikasında on ildir ki, Allahın dininə qarşı mübarizə ciddi və davamlı şəkildə davam edir. Ölkədə ən çox siyasi məhbus dindardır. Cəmi bir il ərzində altı dini sayt bloklanıb. Bu siyasətdə insana mənəvi güc verən bütün resurslar məhdudlaşdırılır”.
Dəyirmi masada çıxış edən hüquq müdafiəçisi Rüfat Səfərov isə İstanbulda Tale Bağırzadənin şəkillərinin divarlara vurulub ona dəstək elan edilməsinə diqqət çəkib.
Sonra Milli Məclisin sabiq deputatı xanım Gültəkin Hacıbəyli baş verənlərə münasibət bildirib. “Nardaran hadisəsi zamanı Tale Bağırzadə ağır işgəncələrə məruz qalıb. Eyni zamanda ondan anti-İran etirafına imza atması tələb olunub”.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də bildirib ki, ölkədə qorxu siyasəti hökm sürür. Bu işgəncələr həm də insanları qorxutmaq, cəmiyyəti susdurmaq üçün istifadə olunur.