İyun 20, 2022 20:04 Asia/Baku
  • Xeyli vəzifəli şəxsin saxlanıldığı deyilir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Bakıda genişmiqyaslı əməliyyat keçirdiyi bildirilir.

Bakupost.az xəbər verir ki, dövlət qurumlarından birində baş tutan əməliyyatda xeyli vəzifəli şəxs saxlanılıb.

Onlar arasında general rütbəli şəxslərin olduğu da deyilir.

Məlumatda bildirilir ki, əməliyyatın təfərrüatı barədə yaxın saatlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Teqlər