İyun 21, 2022 11:53 Asia/Baku
  •  ARM inanclıların işgəncəsinə və Allahın təhqir olunmasına münasibət bildirdi

Azərbaycan Ruhanilər Məclisinin (ARM) inanclıların işgəncəsinə və Allahın təhqir olunmasına münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Ruhanilər Məclisinin yaydığı bəyanatda deyilir:  "Son günlər ölkə gündəmini bürümüş və İslam dünyasına sirayət etmiş arzuolunmaz mövzu həqiqətən də ağrılı-acılı və dözülməz bir haldır. Müsəlman ölkəsində İslamın müqəddəsatına, xüsusilə, Mütəal Allaha qarşı hörmətsizlik yolverilməzdir. Görünən budur ki, müsəlman ölkəsi olan Azərbaycanımızda inanclı və qeyri-inanclı insanlara qarşı törədilən alçaldıcı hərəkətlər yeni bir tərzdir. Bu yenilik müsəlmançılıq və azərbaycançılığa ziddir.

Azərbaycan Ruhanilər Məclisi məmurların anti-İslam hərəkəti ilə bağlı etirazı haqlı hesab edərək qeyd edir ki, məsələnin həlli üçün aclıq aksiyasına başlayan ruhani Hacı Tale Bağırzadə və digər inanclı şəxslərin sağlamlığına görə narahatdır. 

Teqlər