Tiflisdə məhbus ruhanilərə dəstək aksiyası keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i390387-tiflisdə_məhbus_ruhanilərə_dəstək_aksiyası_keçirilib
Gürcüstan paytaxtı Tiflisdə bir qrup azərbaycanlı gənc Azərbaycan Respubliksı səfirliyi qarşısına toplaşaraq dövlət məmurları tərəfindən Allaha qarşı küfr edilməsi və ruhanilərin həbsinə etiraz edib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyun 22, 2022 08:36 Asia/Baku
  • Tiflisdə məhbus ruhanilərə dəstək aksiyası keçirilib

Gürcüstan paytaxtı Tiflisdə bir qrup azərbaycanlı gənc Azərbaycan Respubliksı səfirliyi qarşısına toplaşaraq dövlət məmurları tərəfindən Allaha qarşı küfr edilməsi və ruhanilərin həbsinə etiraz edib.

SəhərAzəri-nin məlumatına əsasən,Aksiya iştirakçıları əllərində ruhanilər Tale Bağırzadə, Mövsum Səmədov və Abgül Süleymanovun fotoşəkillərini eləcə də üzərində gürcü,Azərbaycan və ingilis dillərində həbsdə olan ruhanilərə dəstək məzmunlu yazılar yazılmış plakatlar tutaraq Azərbaycan Respublikası hökumətinə səsləniblər.

“Ruhaniləri azad et”, “Allaha təhqirə son” kimi şuarlar verən aksiyaçılar öz etirazlarını dinc şəkildə bildirdikdən sonra dağılışıblar.

Xatırladaq ki, Azərbaycan Respublikası həbsxana rəsmilərinin Allahı təhqir etmələrinə etiraz əlaməti olaraq həbsdə olan tanınmış ruhani Tale Bağırzadə aclıq aksiyası keçirir.

Dövlət məmurlarının dini müqəddəslərə qarşı neqativ münasibəti eləcə də həbsdə olan ruhanilərin psixoloji işgəncələrə məruz qalması Azərbaycan cəmiyyətində də ciddi reaksiyalara səbəb olub.