İyun 24, 2022 09:38 Asia/Baku
  • Həmsədrlərin Azərbaycana qarşı de-marşı - TƏHLİL

Rəsmi Bakının Qarabağ münaqişəsinin həlli və ATƏT-in Minsk Qrupu mandatının başa çatmasından danışdığı halda, MQ-yə üzv olan hər üç dövlət öz növbəsində buna qarşı çıxır.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Karen Donfrid Yerevana işgüzar səfəri zamanı daha bir əsas məqamı vurğulayıb: “ABŞ Ukraynadakı müharibəyə görə Rusiya ilə əlaqələri kəssə də, ATƏT-in Minsk Qrupu ilə əməkdaşlığı davam etdirməyə hazırdır.”

Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə iyunun 22-də keçirdiyi həftəlik brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin ATƏT-in Minsk Qrupu haqqında dediklərini şərh edib: “Əgər Vaşinqton və Paris ATƏT-in Minsk qrupu həmsədrləri kimi unikal formatı həqiqətən də mühüm saysaydılar, bütün üzv dövlətlər tərəfindən təsdiq olunmuş mandatlarına etinasızlıq göstərməzdilər”.

Məsələnin həlli ilə bağlı Parisin bəyanatında isə bu cümlələr yer alır: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz rolunu müxtəlif hallarda bir daha təsdiqləyir. Parisdə Paşinyanla görüşündə Makron Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu çərçivəsində hərtərəfli həlliə əhəmiyyət verib.”

Bununla yanaşı Fransanın Ermənistandakı səfiri Ann Luis Bakının Qarabağ məsələsinin olmadığı, Minsk Qrupunun buraxılması tezisinə istinad edərək, bildirib: “Zəhmət olmasa, cənab Makronun cavabına diqqət yetirin, o, əmin etdi ki, bəli, problem var, bu problem həll olunmalıdır” – sitatın sonu.

Beləliklə də MQ üzvü olan hər 3 dövlət və Ermənistan Qarabağ münaqişəsinin həll olunmadığını və yeganə vasitəçilik mandatına malik olan ATƏT MQ formatında həll edilməli olduğunu vurğulayırlar. Başqa sözlə həmsədr dövlətlər Ermənistan tərəfinin mövqeyini bölüşürlər ki, Qarabağ münaqişəsi həll olunmamış qalır və bildirirlər ki, bu məsələ danışıqlar yolu ilə ATƏT-in Minsk Qrupunun mandatı çərçivəsində hərtərəfli həll edilməlidir.

Teqlər