İyun 25, 2022 11:30 Asia/Baku
  • Narkomanların sayı ilə bağlı dəhşətli rəqəmlər açıqlandı

Ötən ilin sonuna qədər Azərbaycan Respublikasında qeydiyyatda olan narkotik istifadəçilərin sayı 34 602 nəfər təşkil edib.

 

SəhərAzəri-nin məlumatına əsasən, bunu Respublika Narkoloji Mərkəzin baş direktoru Orxan Cəfərov Səhiyyə Nazirliyinin Instagram səhifəsində canlı yayım zamanı bildirib.

Orxan Cəfərov deyib ki, son zamanlar psixatrop maddələrdən istifadə edən şəxslərin sayı artıb.

Onun sözlərinə görə, qeydiyyata götürlən şəxslərdən 556-sı qadındır: "Yaş göstəricilərinə gəlincə, onlardan iki nəfəri 14 yaşında, 12 nəfəri 15-17 yaşında, 2313 nəfəri 18-24 yaşında, 292 nəfəri isə 65 yaşındadır".

O, həmçinin bildirib ki, son zamanlar psixatrop maddələrdən istifadə edən şəxslərin sayı artıb. O.Cəfərovun sözlərinə görə, metamfetamin, el arasında yayılan adları ilə desək patı, şüşə kimi maddələr daha çox istifadə olunur.

Narkomaniya probleminin ciddiləşməsi ilə bu yaxınlarda millət vəkili Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı həyəcan təbili çalıb. O bildirib ki, narkomaniyayla bağlı orta məktəblərdə faciəvi vəziyyət yaranıb. Deputat qeyd edib ki, illərdir Azərbaycanda narkotik maddəyə görə həbs olunan şəxslərin müalicə alması məsələsi həllini tapmır. Onlar digər şəxslərlə birgə həbsxanada qaldıqları üçün ətrafdakıları da bu bəlaya "yoluxdurur"lar. Millət vəkili bu insanların xüsusi kolonlarda cəza çəkmələrinin vacibliyinin, Dövlət Penitensiar Xidməti tərəfindən bununla bağlı sistemin yaradılmasının əhəmiyyətini vurğulayıb.

Teqlər