İyul 03, 2022 10:52 Asia/Baku
  •  ABŞ konqresmenləri erməniləri dinləyir, Azərbaycana isə xox gəlirlər

Amerika Erməniləri Milli Komitəsinin (ANCA) nümayəndəsi ABŞ Senatının xarici yardım layihəsini hazırlayan panelə dəvət olunaraq komitə tərəfindən Qarabağa səfər etmiş nümayəndə heyətinin məruzəni təqdim edib.

SəhərAzəri-nin məlumatına əsasən, paneldə çıxış edən Tereza Yerimyan ABŞ-ın Azərbaycana bütün hərbi yardımının dayandırılması və Qarabağa təcili ehtiyac duyulan 50 milyon dollarlıq yardım paketinin çatdırılması ilə bağlı çoxdankı çağırışları vurğulayıb.

Sitat: “Azərbaycanın Artsaxın mülki əhalisinə təcavüzü dağıdıcı humanitar təsirlər ortaya çıxarıb. 100 minə yaxın erməni köçkün düşüb. Müharibə zamanı dağıdılan bir çox məktəb və xəstəxanalar xarabalığa çevrilib. Saysız-hesabsız evlər yaşayış üçün yararsız vəziyyətdədir. Dövlət xəstəxanasının doğum şöbəsi tamamilə yararsız vəziyyətə salınıb. Artsax erməniləri öz yerli torpaqlarının ən azı 70%-ni itirməklə yanaşı, hazırda minalarla və xüsusən də partlamamış hərbi sursatlarla dolu olan zonalarda yaşayırlar, uşaqların və ailələrin gündəlik həyatı üçün təhlükə yaranıb”, deyə ANCA nümayəndəsi Konqres üzvlərinin qarşısında çıxış edib.

O, həmçinin iddia edib ki, Azərbaycan atəşkəs razılaşmasına və beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə zidd olaraq erməni hərbi əsirləri qanunsuz saxlamağa və zorakılıq etməyə davam edir.

Erməni iddiaçı sonda Azərbaycan hökumətini ermənilərə qarşı etnik təmizləmə siyasəti yürütməkdə ittiham edib.

Məruzəni dinlədikdən sonra konqresmenlər Qarabağa 2 milyon dollar yardım ayırıblar və gələcəkdə Qarabağ ermənilərini daha artıq diqqət mərkəzində saxlayacaqlarına söz veriblər. 

Teqlər