İyul 09, 2022 11:51 Asia/Baku
  • Azərbaycan Respublikasında Qurban bayramı qeyd olunur

Bu gün iyulun 9-u bəzi müsəlman ölkələrdə olduğu kimi Azərbaycan Respublikasında da Qurban bayramı qeyd olunur.

Müsəlmanların ən böyük bayramlarından biri olan Qurban bayramı Həzrət İbrahimin(ə) böyük bir sınaqdan qalib çıxması ilə əlaqədardır. O həzrətə oğlu ismayılı Allaha xatır qurban ver əmri gəldikdə o dərhal heç bir tərəddüdə yol vermədən əmri yerinə yetirməyə təşəbbüs göstərdi. Həzrət İsmayıl da(ə) Allahın əmrinə tabe olaraq Atasına tam təslim oldu. Bu anda Həzrət Cəbrayıl(ə) nazil olur və Allahın İbrahimə sədaqətinə görə mükafat verdiyini və ona qurban kimi heyvan kəsməyi əmr edir.

Bayram günü Azərbaycan Respublikasının müsəlman xalqı səhər çağı bayram namazını məscidlərdə qılır, qurbanlıq kəsirlər. Qurban ətinin kasıblara və ehtiyacı olanlara paylanması adətdir. Qocalar evlərinə, internat məktəblərinə və uşaq evlərinə də ət verilir.

Bu il Qurban bayramı ilə bağlı Azərbaycan Respublikasında iyulun 9-10-u bayram elan edilib, bu günlər istirahət günü olduğundan 11-12 iyul da qeyri-iş günü olacaq.

Teqlər