Dünən gecə “Torqovi” də partlayış baş verib
Bakı yanğınsöndürmə idarəsi partlayışın rabitə quyularından birində yeraltı kommunikasiya xətlərindəki yanğından sonra baş verdiyini bildirib. Daxili İşlər Nazirliyindən verilən məlumatda isə deyilir ki, partlayış kanalizasiya quyularından birində baş verib.
SəhərAzəri-nin məlumatına əsasən,hadisə baş verən ərazinin Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarətə alındığı bildirilir. Hadisənin baş vermə səbəblərinin elə gecə saatlarından öyrənilməsinə başlamasına dair məlumat yayılsa da hələ bu barədə ümumi fikrə məlumat verilməyib.
Partlayışın qaz sızması nəticəsində baş verdiyi barədə bəzi ehtimalların səsləndirilməsinə cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu gün bildirib ki,“Bakı şəhərinin Səbail rayonunda, H.Z.Tağıyev küçəsində baş vermiş partlayış və yanğının qaz sızması ilə əlaqəsi yoxdur”.
O, qeyd edib ki, partlayışdan sonra Azəriqaz İB qəza xidməti tərəfindən hadisə yeri tam araşdırılıb və qaz sızması aşkarlanmayıb: “Hadisənin baş vermə səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır”.