İntihar edən qazinin qardaşı danışdı
https://azeri.sahartv.ir/news/azərbaycan-i391106-İntihar_edən_qazinin_qardaşı_danışdı
İntihar edən sabırabadlı qazi Elvin Cəfərovun qardaşı Elnur Cəfərov Bakupost.az -a  müsahibəsində qardaşının intihardan öncə videoya çəkilən sözlərində pərdəarxası məqamların olduğunu dilə gətirib:
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2022 14:46 Asia/Baku
  • İntihar edən qazinin qardaşı danışdı

İntihar edən sabırabadlı qazi Elvin Cəfərovun qardaşı Elnur Cəfərov Bakupost.az -a  müsahibəsində qardaşının intihardan öncə videoya çəkilən sözlərində pərdəarxası məqamların olduğunu dilə gətirib:

“Qardaşımın ayın 9-da kiminlə görüşdüyü məlum deyil. Başımız yasa qarışdığı üçün bunu hələ tapa bilməmişəm. Həmin görüşdən sonra deyib, dizimi yerə ata, qolumu sındıra bilərlər, amma başımı aşağı əyə bilməzlər. O cümlənin altında çox sözlər var. Mənə də maraqlıdır ki, nə məsələdir?”

Elnur Cəfərov deyib:Qardaşım nə dəli idi, nə də onun psixoloji problemi var idi. İcra başçısı deyir ki, onun psixoloji problemi olub. Xeyr, elə bir şey yoxdur. Hər kəsin müharibədə iştirak etmək üçün psixoloji gücü olmur. Amma qardaşım müharibədə döyüşüb və evə qayıdıb.”

“Son vaxtlar səhhəti ilə bağlı ciddi bir şikayəti yox idi, amma ağrıları qalmışdı. Ağrılarının olması onun psixoloji probleminin olduğu anlamına gəlmir”,- deyə qazinin qardaşı bildirib.

E.Cəfərov qardaşının sadəcə ayın 9-da baş verən naməlum bir hadisə ilə bağlı intihara qərar verməsini deyib: Sadəcə ayın 9-da görünür, çox şey olub. Qardaşım evdə asılan təqvimdə ayın 9-10-nu qaralayıb. Deməli, qardaşım 9-u kiminləsə görüşüb, məsələ olub və ayın 10-u gedib bunu edib. Burada müəmma var.

E.Cəfərov bildirib ki, intihardan əvvəl çəkilən videonu qardaşının qazi dostları çəkib.