Sərhədçilər narkotik daşıyırmışlar
Dörd sərhədçinin narkokuryer olduğu müəyyən edilib. Bu, Dövlət Sərhəd Xidmətinin 22 iyul tarixli məlumatından aydın olur.
SəhərAzəri-nin məlumatına əsasən,İdarə bildirib ki, iyul ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə gizlədilmiş 4 bağlama aşkar olunub.
Saat 20:00 radələrində əraziyə gəlməklə bağlamaları götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən 4 nəfər şəxs sərhəd naryadları tərəfindən saxlanılıb.
Tutulmuş şəxslərin "işğaldan azad olunmuş sərhədyanı ərazilərin minalardan təmizlənilməsi tapşırığını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin müddətdən artıq hərbi qulluqçuları olduqları" müəyyən edilib.
Hadisə yerində götürülmüş bağlamalarda ümumi çəkisi 95 kq olan narkotik aşkar edilib .