Azərbaycan Respublikasında
Hakimiyyət sosial şəbəkələrə nəzarəti gücləndirir?
Azərbaycan Respublikası Baş Prokurorluğu bu ölkədə sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bəzi sosial media istifadəçilərinin Azərbaycan Ordusuna qarşı tənqidi yazılarına işarə olunur və bildirilir ki, ictimai-siyasi sabitliyin qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş prokurorluğa dəvət olunub, onların barələrində prokuror təsir tədbirləri görülüb.
Məlumatda Prokurorluğa çağırılaraq xəbərdarlıq edilən müxtəlif sayt rəhbərlərinin adları qeyd olunub.
Qeyd edilir ki, bundan başqa, “Facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə "Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.
Bəzi sosial şəbəkə istifadəçiləri Baş Prokurorluğun bu hərəkətini virtual fəzada fəaliyyətin məhdudlaşdırılması və sosial şəbəkələrdə hakimiyyəti tənqid edən fikirlərə sinzuralar tətbiq etmək isttiqamətində atılan addım hesab edirlər.