İsrail səfirinin İranla bağlı təxribatı davam edir
Sionist səfir indi də kitab paylayır!
İsrail rejiminin Bakıdakı səfiri Təbriz barədə paylaşımına xatir Azərbaycan Respublikasında tənqidlə üzləmşəsinə baxmayaraq, diplomatik missiyasına zidd olan avantürasını davam etdirir.
SəhərAzəri-nin məlumatına əsasən, Corc Dik bu dəfə başqa bir üsula əl ataraq, sosial media istifadəçiləri arasında müsabiqə keçirməklə gündəmdə qalmaq istəyib.
O, son tvitində yazır ki, Təbrizin Sehrli Nağılları kitabını hədiyyə olaraq əldə etmək istəyənlər kağıza "Mən Təbrizin Sehrli Nağıllarını sevirəm" yazsın, bunu sosial media hesabında paylaşsın və İsrail səfirini etiketləsin. İlk 20 nəfər kitabı hədiyyə olaraq əldə edəcəkdir.
Xatırladaq ki, “Xural TV” YouTube kanalının aparıcısı Əvəz Zeynallı sionist rejim səfirindən Azərbaycan hökumətinə başağrısı yaratdığına görə şikayətlənib. O hətta İsrailin xüsusi xidmət orqanlarının Türkiyə və İranı parçalamağa çalışdığına diqqət çəkib.
Maraqlıdır ki, sionist səfirin təxribatına Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirməkdən və ya səfirə nota verməkdən çəkinir.
Burada İran İslam Respublikasının Bakıdakı səfirinin mövqeyinə uyğun olaraq qeyd etmək lazımdır ki, irqçi İsrail rejiminin diplomatlarının Azərbaycan Respublikası üzərindən İran kimi böyük bir dövlətə saxta etnik problemlər yaratmaq cəhdləri onu gülünc vəziyyətə salıb.
Sionist səfirin Azərbaycan xalqına yaxınlaşmaq cəhdi elə bir haldadır ki, o, mənsub olduğu rejimin Fələstin xalqına qarşı cinayətlərinə xatir müsəlman Azərbaycan xalqının reaksiyasından ehtiyatlanaraq, ictimaiyyət arasına çıxa bilmir və bu rejimin səfirliyi ciddi surətdə mühafizə olunan bir oteldə yerləşir.
Hazırda səfirin İranı hədəfə alması ictimaiyyət arasında belə təəssürat yaradıb ki, Corc Dik diqqətləri İsrailin Azərbaycandakı casusluq fəaliyyətlərindən, o cümlədən Peqasus proqramı vasitəsi ilə vətəndaşların telefon danışıqlarının dinlənilməsindən yayındırmaq üçün əlindən gələni edir. İrana qarşı təxribat da səfirin çirkin planının tərkib hissəsidir.