İyul 29, 2022 19:24 Asia/Baku
  • Hakimlər, deputatlar və digər məmurların maaşı artırıldı

Azərbaycanda sentyabrın 1-dən etibarən parlament sədrinin, Konstitusiya və Ali məhkəmələrin sədrlərinin, Baş prokurorun və Hesablama Palatasının rəhbərliyində təmsil olunan şəxslərin maaşı artırılacaq.

SəhərAzəri-nin məlumatına əsasən, iyulun 29-da Azərbaycanın Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib.

Dəyişikliyə əsasən, sentyabrın 1-dən etibarən Milli Məclisin sədrinin aylıq vəzifə maaşı 3550 manat olacaq. Hazırda isə o, 2475 manat aylıq vəzifə maaşı alır.

Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı artırılaraq 3500 manat oldu.

Ali Məhkəmənin sədrinə vəzifə maaşı və vəzifə maaşına əlavə olmaqla, ümumilikdə aylıq 7100 manat ödəniş veriləcək.

Hesablama Palatasının sədri 3150 manat, Hesablama Palatası sədrinin müavini 2800 manat, Hesablama Palatasının auditorları 2625 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar. Hesablama Palatasının üzvlərinə hər ay vəzifə maaşlarının iki misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Baş prokurorun maaşı isə artırılaraq 3260 manat olub.

Ümumilikdə isə yuxarıdakı kateroriyadan olan məmurların maaşlarına 1000 manatdan çox artım əlavə edilib.

Hazırda ölkədə orta əmək haqqı 300-400 manat civarındadır, pensiyaçıların isə aldıqları maaş ondan da aşağıdır. Bu səbəbdən yeni maaş artımı acınacaqlı məişətlə üzləşən sadə vətəndaşların narahatlığına səbəb ola bilər. 

Teqlər