ATƏT Erməni separatçılara qarşı hansısa əməliyyatdan narahatdır
“Cənubi Qafqazda silahlı insidentlər və insan itkiləri ilə bağlı xəbərlərdən son dərəcə narahatıq”. Bunu ATƏT-in Polşa sədrliyi tviterdə açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, tvitterdə deyilir:“Biz Azərbaycan və Ermənistanı gərginliyin azaldılması və dialoqun bərpası üçün bütün lazımi tədbirləri görməyə çağırırıq. Biz regionda sülhün möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəkləməkdə qərarlıyıq”
Xatırladaq ki, bu gün Azərbaycan Respublikası ordusu Rusiya Sülhməramlılarının nəzarətində olan ərazidən açılan atəş nəticəsində bir azərbaycanlı əsgərin şəhid olduğunu bildirdi. Ermənistan mediaları isə Azərbaycan ordusunun Qarabağın hər üç rayonunu həsəfə aldığını bildirirlər. Həmin hücumlarda Qarabağdakı qeyri-qanuni silahlı ermənilərdən bir neçəsinin öldüyü də həmin məlumatlarda öz əksini tapıb.
Hələlik Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu məlumatlara münasibət bildirməyib.
ATƏT-in Ermənistan mediasına istinadla Azərbaycan Respublikası ordusunun bu ölkənin öz daxilində fəaliyyət göstərən silahlı separatçılara qarşı ehtimal olunan əməliyyatlardan son dərəcə narahat olması sual doğurur. Həm də Qarabağdakı silahlı separatçılarla əlaqədar hadisələri Ermənistan-Azərbaycan problem kimi təqdim etməsi Avropanın regiondakı proseslərə baxışını göstərməkdədir.