Avq 04, 2022 08:50 Asia/Baku

ABŞ və Avropa İttifaqı Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar bəyanat yayaraq Azərbaycan Respublikasına xəbərdarlıq ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yaydığı yazılı bəyanatda vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıq ifadə edilib və tərəflər münaqişəni danışaqlar yolu ilə həll etməyə çağırılıb.

Açıqlamada deyilir ki, Birləşmiş Ştatlar Qarabağ ətrafında intensiv döyüşlər, o cümlədən insan tələfatı ilə bağlı xəbərlərdən dərin narahatdır və onu diqqətlə izləyir. Biz gərginliyi azaltmaq və daha da gərginləşməmək üçün təcili addımlar atmağa çağırır.

Ned Prays qeyd edib ki, son vaxtlar gərginliyin artması Qarabağ münaqişəsi və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və davamlı həllinin zəruriliyini vurğulayır.

Avropa İttifaqı da Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Laçın dəhlizi ətrafında və təmas xəttinin digər ərazilərində gedən hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stanonun bəyanatınd bildirilir.

Qeyd edilir ki, əsas məqam gərginliyin azaldılması, atəşkəs rejiminə tam əməl olunması və danışıqlar masasına qayıtmaqdır. Ona görə də gərginliyi aradan qaldırmağa nail olmaq, atəşkəsə tam hörmət etmək və razılaşdırılmış həll yollarını tapmaq üçün danışıqlar masasına qayıtmaq olduqca vacibdir.

Avropa İttifaqı gərginliyin həllinə kömək etməkdə və Cənubi Qafqazda davamlı sülh və sabitliyə töhfə verməkdə davam etməkdə sadiqdir”, - deyə bəyanatda vurğulanır.

Rusiya Federasiyası Müdafiə nazirliyinin də bülletenində deyilir ki, Azərbaycan tərəfi təmas xəttində atəşkəs rejimini pozub.

"Rusiya sülhməramlı qüvvələrinin komandanlığı, Rusiya Silahlı qüvvələrinin nümayəndələri ilə birgə Azərbaycan və Ermənistan tərəfləri vəziyyəti sabitləşdirmək üçün tədbirlər görürlər", – deyərək xəbər bülletenində qeyd olunub.

Teqlər