İran səfirliyinə qarşı hücum Azərbaycan səfirliyinə qarşı təkrarlandı
https://azeri.sahartv.ir/news/azərbaycan-i391841-İran_səfirliyinə_qarşı_hücum_azərbaycan_səfirliyinə_qarşı_təkrarlandı
2018-ci ildə İran İslam Respublikasının Londondakı səfirliyinə qarşı hücum etmiş uydurma "İngilis şiəsi"-ni yaymaq missiyasını öz üzərinə götürmüş azğın "Şirazi firqəsi"Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücum edib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Avq 05, 2022 05:27 Asia/Baku
  • İran səfirliyinə qarşı hücum Azərbaycan səfirliyinə qarşı təkrarlandı

2018-ci ildə İran İslam Respublikasının Londondakı səfirliyinə qarşı hücum etmiş uydurma "İngilis şiəsi"-ni yaymaq missiyasını öz üzərinə götürmüş azğın "Şirazi firqəsi"Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücum edib.

SəhərAzəri-nin məlumatına əsasən,həqiqi şiəliyin imicinə xələl gətirməyi qarşıya məqsəd qoyan bu ingiltərəyə mənsub qruplaşma, beynəlxalq sionizm ilə işbirliyi içərisində İrana qarşı da oxşar hərəkətlərə əl atır.

Özünü "Xüddamül-Mehdi" adlandıran bir güruh bu şübhəli hücumun məsuliyyətini öz üzərinə götürüb.

Məqsədyönümlü şəkildə İmam Mehdinin(ə.c) adından su-istifadə edən bu qara güruh "İngiltərə şiəsi" cərəyanının "şirazi firqəsi"ni təmsil edir.

Qeyd edək ki, 2018-ci il mart ayında İran İslam Respublikasının Londondakı səfirliyi bir qrup tərəfindən vəhşicəsinə hücuma məruz qaldı. Öz bayrağını İran səfirliyi üzərinə sancan Həmin qrup özünü "Xüddamül-Mehdi" adlandırdı və "Şirazi firqəsi"-nin tərəfdarları olduğunu bildirdi. Bu məlum qrup təcavüzkar hərəkətinin səbəbini Seyid Hüseyn Şirazinin həbsi ilə əsaslandırdı və ona dəstək əlaməti olaraq belə bir vəhşilik törətdiyini dedi.

Hücumçular 4 nəfərdən ibarət idilər. Onlar bıçaq və qəmə kimi küt alətlərlə bu hücumu reallaşdırmışdılar və üzərində "Xüddamül-Mehdi" yazılmış göy rəngli bir bayraq qaldırmışdılar. Həmin bayraq Yasir Əl-Həbib adlı bir adamın yaratdığı eyni adlı qrupa aiddir.