Aşura bayrağı əzadarlığın vacib elementidir
Yel yatar, tufan yatar, yatmaz Hüseynin bayrağı
Azərbaycan hökuməti Aşura məclislərinin məscidlərdən kənarda keçirilməsini Hüseyni bayraqları əvəzinə Azərbaycanın dövlət bayrağının dalğalanması ilə şərtləndirib.
SəhərAzəri-nin məlumatına əsasən, bir neçə ay əvvəl bu ölkənin parlamentində qəbul edilmiş qanuna uyğun olaraq Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətlərini öz üzərinə götürən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Binə” kəndinin sakini Şəhla xanım Fərəcovanın öz evinin divarına “Ya Hüseyn” şüarını yazmasına reaksiya olaraq dövlət bayrağından başqa hər hansı bayrağın quraşdırılmasını, dini simvollar və şüarlardan istifadəni qadağan etmişdir. Bu komitə Hüseyni və Aşurai şüarlarını “ekstremist dini şüarlar”, Hüseyni bayraqlarını isə ekstremist dini bayraqlar adlandırır.
Azərbaycan Respublikası xalqının Hüseyn əzadarlığı yürüşlərini təşkil etməsi və Kərbəla şəhidləri üçün Hüseyn bayraqları daşıyaraq mərsiyələr oxumaq istəyinə baxmayaraq, Azərbaycan Respublikasının dünyəvi hökuməti və xüsusən də Dini İşlər Komitəsi ciddi məhdudiyyətlər tətbiq edərək məscidlərdən kənarda toplaşmağı rəsmən qadağan etməklə yanaşı Azərbaycan Respublikasının bayraqlarından istifadə etməyə göstəriş verib. Və buy olla Hüseyn əzadarlığını mənimsəməyə çalışır.
Bununla əlaqədar hakimiyyətə bağlı din xadimləri Hüseyni əzadarlarını istədikləri istiqamətə yönəltmək üçün Azərbaycan Respublikasında Hüseyn məclislərinə və dini mərasimlərə millətçilik ruhu vermək üçün xüsusi tədbirlərdən də istifadə etmişlər ki, bu Qafqaz ölkəsində şiə inancına başqa çalarlar qatsınlar. Lakin bu təhrifedici tədbirlərə baxmayaraq, Azərbaycan Respublikası xalqı ölkənin hər yerində İmam Hüseyni bayraqlarını asmağa və “hər ev bir hüseyniyyədir” kampaniyasına qoşulmaqla Məhərrəm ayının matəm günlərini qeyd edir və görünməmiş məhdudiyyətlərə baxmayaraq Aşuranı çox möhtəşəm keçirir.
Maraqlıdır ki, qonşu Gürcüstanda xristian ölkəsi olmasına baxmayaraq İmam Hüseyn bayrağının daşınmasına heç bir məhdudiyyət qoyulmur və onun dövlət bayrağı ilə əvəz edilməsinə əmr verilmir.
Yel yatar, tufan yatar, yatmaz Hüseynin bayrağı!