Avq 11, 2022 10:46 Asia/Baku
  • Linda Sançez Qarabağdakı separatçılarının müdafiəsinə qalxdı

ABŞ konqresmeni Azərbaycan Respublikasını Qarabağ ermənilərinə qarşı təcavüzdə ittiham edərək bu dövləti pisləyib.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Linda Sançes Azərbaycanın Qarabağda təxribat törədən erməni separatçılarına qarşı anti-terror əməliyyatını pisləyən bəyanat yayıb.

“Mən Azərbaycanın atəşkəsi pozması və Artsax xalqına qarşı əsassız hücuma keçməsi barədə xəbərlərdən olduqca narahatam. Mən Azərbaycanın təcavüzünü qətiyyətlə pisləyirəm və beynəlxalq ictimaiyyətə regionda hərbi əməliyyatların dərhal dayandırılması çağırışına qoşuluram” – deyə Linda Sançez öz Tvitter səhifəsində yazıb.

Qeyd edək ki, amerikalı konqresmenlər bu yaxınlarda separatçı rejimə iki milyon dollar yardımın ayrılması barədə qərar qəbul etmişlər; Bu isə qondarma “DQR”-nın de-fakto tanınması anlamına gəlir.

Teqlər