Avq 11, 2022 12:06 Asia/Baku
  • Azərbaycan öhdəliyini yerinə yetirib, Ermənistan isə hələ ki yox!

Azərbaycan Respublikası Laçın şəhərindən yan keçən yeni avtomobil yolunun tikintisini yekunlaşdırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisidir. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşıb.

 Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir. Bundan 10 km Ermənistan ərazisində yerləşir. Ermənilər yolun üzərlərinə düşən hissəsini yubatsalar da, nəhayət bu günlərdə Laçına alternativ yolun tikintisi üzrə işlərə başlayıblar. Bu barədə ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan məlumat verib. Qeyd olunur ki, həmin ərazidə heç bir normalara uyğun gəlməyən və istifadə olunmayan cığır var və kənd sakinləri ona bitişik ərazidə torpaq əkib.

Ermənistanı Qarabağla birləşdirən yeni yolun Ermənistan ərazisində tikinti işlərini aparan şirkətin direktoru deyib ki, dövlətlərarası yoldan başlayan alternativ yolun ümumi uzunluğu 12 km-dir.

“Çanaparh” şirkətinin baş direktoru deyir ki, intensiv tikinti işləri gedir, hazırda torpaq işləri görülür. “Biz əlimizdən gələni edirik ki, başqa fəsadlar yaranmazsa, ilin sonuna qədər torpaq işlərini başa çatdıraq”, – deyə o vurğulayıb. Eduard Bezoyanın sözlərinə görə, yazda asfalt örtüyü və yolların abadlaşdırılması işlərinə başlanacaq.

Teqlər