Bakı-Moskva təyyarəsi Bakı aeroportuna qayıtmalı olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i392140-bakı_moskva_təyyarəsi_bakı_aeroportuna_qayıtmalı_olub
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2022 06:28 Asia/Baku
  • Bakı-Moskva təyyarəsi Bakı aeroportuna qayıtmalı olub

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

SəhərAzəri-nin məlumatına əsasən “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirib ki,təyyarə saat 08:08-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Məlumatda deyilir ki,ekipaj üzvləri və mühəndis-texniki heyəti tərəfindən təyyarəyə baxış keçirildikdən sonra səbəb müəyyən edilib - sensorların nasazlığını düzgün əks etdirməyən xəbərdarlıq siqnalı. Hava gəmisinin tam saz vəziyyətində və uçuşa hazır olması qərarı qəbul edilib.

Həmin məlumatda sərnişinlərin digər təyyarə ilə Moskvaya yola düşəcəkləri qeyd olunub.