Türkiyə 1-ci, İran 3-cü, Azərbaycan 4-cü
https://azeri.sahartv.ir/news/azərbaycan-i392259-türkiyə_1_ci_İran_3_cü_azərbaycan_4_cü
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 12-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 88-ə yüksəlib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Avq 18, 2022 05:41 Asia/Baku
  • Türkiyə 1-ci, İran 3-cü, Azərbaycan 4-cü

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 12-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 88-ə yüksəlib.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının bu günədək qazandığı medallardan 26-sı qızıl, 30-u gümüş, 32-si bürünc əyarlıdır.

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədəki mövqeyini qoruyur.

İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 303, Özbəkistan 140 və İran 127 medalla qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən 45-i medal qazana bilib.