Avq 18, 2022 15:45 Asia/Baku
  • İranın hərbi nümayəndəliyi ağdamda olub

Azərbaycan Respubliksaında səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti Ağdam rayonunda olub.

SəhərAzəri-nin ,Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi veb saytına istinadla verdiyi məlumata görə, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlarının da iştirak etdiyi səfərdə qonaqlar azad edilmiş ərazilərdə işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilmiş vandalizmin nəticələri və dağıntıları ilə tanış olublar.

İranlı qunaqlara Azərbaycan Respublikasının işğal dövründə dağıdılmış tarixi abidələri və yaşayış məntəqələri, eləcə də həmin ərazilərdə işğaldan sonra aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verilib.
İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyətinin işğaldan azad olunan ərazilərə səfəri davam edir.

Teqlər