İran səfiri Tehranda imzalanmış sənədə münasibət bildirdi
Səfir: “İran, Azərbaycan və Rusiya “Şimal-Cənub” dəhlizinin onurğa sütunudur”
Avq 23, 2022 11:36 Asia/Baku
Səfir Seyid Abbas Musəvi bildirib ki, İran, Azərbaycan və Rusiya “Şimal-Cənub” dəhlizinin onurğa sütunudur.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi tranzit əməkdaşlığına dair Tehranda imzalanmış memorandum barədə öz tvitter hesabından paylaşım edib.
Səfir S.A.Musəvi yazır: "İran, Azərbaycan Respublikası və Rusiya Şimal-Cənub Beynəlxalq Koridorun onurğa sütununu təşkil edirlər. Tranzitin sadələşdirilməsi üçün imzalanan üçtərəfli memorandum İran dövlətinin qonşuluq siyasəti kontekstində ölkənin xarici ticarətini artıran amilə çevriləcək. Hindistanın bu mexanizmə qoşulması isə bu həyati marşruta öz töhfəsini verəcəkdir."