Avq 23, 2022 12:02 Asia/Baku
  • Azərbaycan snayperləri beynəlxalq müsabiqədə uğurla iştirak edirlər

Azərbaycan snayperləri İranın Yəzed şəhərində keçirilən beynəlxalq müsabiqədə uğur qazanırlar.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsində ikinci mərhələnin növbəti çalışmaları yerinə yetirilib. Və beynəlxalq müsabiqədə azərbaycanlı snayperlər cütlük şəklində atəş mövqeyinin seçilməsi, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra ediblər.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan snayperləri "Cütlər sıralaması" mərhələsinin "Şəhər əməliyyatı" və "Tənzimləmə" çalışmalarını müvəffəqiyyətlə yerinə yetiriblər.

Çalışmalar zamanı snayperlərin uğur qazandıqları bildirilir. 

Qeyd edək ki, avqustun 19-da İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” beynəlxalq müsabiqəsinin təntənəli açılış mərasimi olub. Mərasimdə iştirakçı ölkələrin nümayəndə heyətləri, hərbi attaşelər, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

 İran İslam Respublikasında keçirilən "Snayper həddi" müsabiqəsində İran, Azərbaycan Respublikası, Belarus, Çin, Özbəkistan, Rusiya və Zimbabveni təmsil edən komandalar mübarizə aparırlar.

Teqlər