Avq 24, 2022 20:09 Asia/Baku
  •  Qazaxıstan Prezidenti Azərbaycana səfər edib

Avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasına rəsmi səfər edib.

SəhərAzəri-nin məlumatına əsasən,Bakıda Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən rəsmi qarşılama mərasimindən sonra prezidentlərin təkbətək görüşü olub.

Sonra geniş tərkibli görüş keçirilib. Ardınca Azərbaycan Respublikası və Qazaxıstan arasında müxtəlif sahələrdə əməkdaşlıq sənədlərinin imzalanması iki ölkə prezidentlərinin iştirakı ilə həyata keçib.

İlham Əliyev və Kasım-Jomart Tokayevin müştərək mətbuat konfransında iki ölkə arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsini vurğulayıblar.

Qazaxıstan Prezidentinin bu gün Bakıya səfərində o azərbaycanlı həmkarını Qaxaxıstanın “Altın Kıran”-“qızıl qartal” ali ordeni ilə təltif edib.

Kasım-Jomart Tokayev bu səfərdə həmçinin Füzulidə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin vəsaitini öz ölkəsinin üzərinə götürüb.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Respublikasına rəsmi səfəri avqustun 24-də başa çatıb.

Teqlər