İran səfiri Laçının Azərbaycana qaytarılmasını təbrik edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i392559-İran_səfiri_laçının_azərbaycana_qaytarılmasını_təbrik_edib
İran səfiri Azərbaycan Respublikasını təbrik edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2022 12:34 Asia/Baku
  • İran səfiri Laçının Azərbaycana qaytarılmasını təbrik edib

İran səfiri Azərbaycan Respublikasını təbrik edib.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Şuşada jurnalistlərə açıqlamasında təbriklərini çatdırıb.

“Azərbaycan hökuməti və xalqını Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürməsi münasibətilə təbrik edirik”, - deyə diplomat bildirib.

Qeyd edək ki, bütün itirilmiş torpaqların Azərbaycan Respublikasına qaytarılması münaqişə zamanı İran İslam Respublikasının əsas tələbləri sırasında olmuş və Aliməqamlı Rəhbər özünün məşhur 3 noyabr 2020-ci il bəyanatında bu istəyi təkrarlamışdı. Ona görə də Laçının Azərbaycana qaytarılması rəsmi Tehran tərəfindən məmnunluqla qarşılanır.

Laçın dəhlizinə alternativ yaradıldıqdan sonra Laçın şəhəri avqustun 26-da Azərbaycan Respublikasının nəzarətinə verilib.