Avq 31, 2022 11:47 Asia/Baku
  • Separatçıların keçmiş

Ermənistanın İstintaq Komitəsi Qarabağ separatçılarının silahlı qüvvələrinin keçmiş komandanı, general Mikael Arzumanyanın saxlanmasının səbəbini açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, separatçı qüvvələrin keçmiş komandanı Şuşa şəhərini təslim etməkdə ittiham olunur

Ermənistanın İstintaq Komitəsi hesab edir ki, general Arzumanyan 2020-ci il oktyabrın 30-dan noyabrın 9-dək Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı hücumu zamanı Şuşa şəhərinin müdafiəsinin təşkilində səhlənkarlıq nümayiş etdirib. 

İttihama görə, “Arzumanyan qoşunlardan səmərəli istifadəni və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsini təmin etməyib”.

Qeyd olunur ki,  Arzumanyan noyabrın 6-da verdiyi hesabatda Şuşada vəziyyətin nəzarət altında olduğunu iddia etmişdi, halbuki artiq noyabrın 5-də Azərbaycan quvvələri şəhərə daxil olmuşdular.

30 avqust 2022-ci ildə Mikael Arzumanyan ağır nəticələrə səbəb olan hərbi xidmət səhlənkarlığı ilə ittiham edilib və o, həbs edilib. Bu ittihamla Arzumanyanı uzunmüddətli həbs cəzası gözləyir.

Qeyd edək ki, Arzumanyanın həbsi Qarabağda narazılığa səbəb olub.

Separatçıların lideri Arayik Arutyunyan öz sözçüsü vasitəsilə Arzumanyanın günahsız oldunu, cəmi 12 gün qoşunların komandanı olduğunu və müharibədə məğlubiyyətə görə məsuliyyət daşımadığını bəyan edib.

İrəvandakı müxalifət də generalın həbsini pisləyib, baş nazir Paşinyanı öz səhvlərinə görə hərbçiləri günahlandırmaqda ittiham edib.

Teqlər