İlham Əliyev: Atəşkəs Ermənistan tərəfindən pozulur
https://azeri.sahartv.ir/news/azərbaycan-i393131-İlham_Əliyev_atəşkəs_ermənistan_tərəfindən_pozulur
Azərbaycan Respublikasının prezidenti əldə olunmuş atəşkəsin məhz Ermənistan tərəfindən pozulmaqda davam etdiyini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 14, 2022 09:55 Asia/Baku
  • İlham Əliyev: Atəşkəs Ermənistan tərəfindən pozulur

Azərbaycan Respublikasının prezidenti əldə olunmuş atəşkəsin məhz Ermənistan tərəfindən pozulmaqda davam etdiyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İlham Əliyev sentyabrın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib ki, Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, əldə olunmuş atəşkəs Ermənistan tərəfindən pozulur.

Dövlət başçısı qeyd edib ki, buna görə bütün məsuliyyət bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Prezident İlham Əliyev sonra Azərbaycanın Brüsseldə aparılmış müzakirələrin davamı olaraq sülh gündəliyini dəstəklədiyini vurğulayıb.