Sen 15, 2022 15:01 Asia/Baku
  • Özünü yandıran qazi vəfat edib

Azərbaycanda özünü yandıran qazi vəfat edib. Elnur Rüstəmovun bədəninin 70 faizinin yandığı bildirilirdi.

SəhərAzəri-nin məlumatına əsasən, sentyabrın 15-də Xəzər rayon Buzovna kənd bələdiyyəsinin özbaşınalığına etiraz olaraq özünü yandıran qazi Elnur Rüstəmov müalicə aldığı xəstəxanada vəfat edib.

Elnur Rüstəmov sentyabrın 12-də özünü yandırmışdı.

Bu gün həmçinin Mingəçevirdə “Sahil parkı”nda 35 yaşlı hərbçi Elvin Fizuli oğlu Abışovun asılmış meyiti tapılıb.

Elvin Abışov II Qarabağ savaşında iştirak edib və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Bu, 2020-ci ilin sentyabrında başlanan 44 günlük müharibədən sonra 43-cü intihar hadisəsidir.

Ümumilikdə isə intihar həddinə çatdırılanların sayının 50 nəfər olduğu bildirilir.

Teqlər