Bakı iqtidarının şiələri təmizləmə sahəsindəki yeni addımı
Bakının Yeni Günəşli qəsəbəsində yerləşən Həzrət Fatimeyi-Zəhra(s) məscidinə basqın edən Azərbaycan Respublikasının dini qurumlarla iş üzrə dövlət komitəsi və bu ölkənin təhlükəsizlik qüvvələri məscidin idarə heyəti və ruhanisini kənarlaşdırıb və məscidə yiyələnmək üçün öz ünsürlərini yeləşdiriblər.
SəhərAzəri xəbər verir: Yeni Günəşlidən daxil olan məlumatlara görə, Həzrət Fatimeyi-Zəhra(s) məscidinə hökmranlıq emək üçün Azərbaycan Respublikasının dini qurumlarla iş üzrə dövlət komitəsi tərəfindən qoyulmuş axund və axund müavini kimi naməlum şəxslər vəhhabi və nurçu əqidələrinə malikdirlər.
Bu məlumatlara əsasən, Azərbaycan Respublikasının dini qurumlarla iş üzrə dövlət komitəsi və təhlükəsizlik qüvvələrinin həmin hərəkətinə qarşı çıxan Həzrət Fatimeyi-Zəhra(s) məscidinin imam camaatı Hacı Surxay və məscidin icra müdiri Hacı İlqar həmin qüvvələrin zorakılığı ilə üzləşiblər.
Həzrət Fatimeyi-Zəhra(s) məscidi, məscidin Həzrət Fatimeyi-Zəhra(s)-nın adı ilə adlandırılmasına görə, iyirmi il bundan öncədən Azərbaycan Respublikasının hakim dairələrindəki anti-şiə ünsürlərin hədəfinə tuş gəlibdir. Belə ki, onlar öncə Yeni Günəşli qəsəbəsini yenidən qurmaq bəhanəsilə bu məscidi dağıtmaq istədilər, lakin qəsəbə sakinlərinin və məscidin idarə heyətinin müqavimətilə əziz İslam Peyğəmbəri(s.ə.s)-ın qızının adı ilə bəzənmiş bu Allah evinini dağıdılmasının qarşısı alındı.
Sonralar Bakı iqtidarı məscidin yenidən qurulmasına maliyyə yardımı bəhanəsilə bu məscidi ruhanilərin və xalq idarə heyətinin müdiriyyəti altından çıxarıb, məsciddə Ramazan ayı və Məhərəmlik aylarında İmam Hüseyn(ə) əzadarlarının əzəmətli toplantısının qarşısını almaq üçün məscidi laik və sekular ünsürlərin ixtiyarına vermək istədi ki, bu hiylələr də baş tutmadı.
Məscidlərin imam camaatlarının dəyişdirilməsində Qafqaz Müsəlmanları Ruhani İdarəsinin ixtiyarlarının Azərbaycan Respublikasının dini qurumlarla iş üzrə dövlət komitəsinə həvalə olunması və dini etiqad azadlığı qanununun dəyişdirilməsi bəhanəsilə Həzrət Fatimeyi-Zəhra(s) məscidinə qarşı basqınların yeni mərhələsində məscid yerli əhalinin qəbul etdiyi ruhani və idarə heyətinin idarəçiliyindən çıxarılıb, vəhhabi məsləkli və nurçu ünsürlərin ixtiyarına verilibdir.
Verilən məlumatlara görə, bu məsciddə və Yeni Günəşli qəsəbəsində repressiya və xəfiyyə vəziyyəti hökm sürür.