Sen 27, 2022 12:38 Asia/Baku
  • “Qoşunlar ilkin mövqelərinə qayıtmalıdırlar”

Britaniya hökuməti və ABŞ Azərbaycandan istəyiblər ki, qoşunlarını ilkin mövqelərinə qaytarsın.

SəhərAzəri-nin məlumatına əsasən, Britaniyanın Ermənistandakı səfirliyi Azərbaycan ordusunun sərhədi pozması ilə bağlı sorğuya cavab olaraq bildirib ki, silahlı qüvvələr hərbi əməliyyatlar başlamazdan əvvəl olduqları mövqelərə geri çəkilməlidir. Bu yalnız  diplomatiya münaqişəni həll etməyin yeganə yoludur.

Səfirliyin bəyanatında həmçinin deyilir: “Biz hər zaman bütün münaqişələr zamanı mülki ərazilərin hədəfə alınmasını pisləmişik. Fikirlərimiz son zorakılıqlarda həlak olanların və ya yaralananların ailələri ilədir. Britaniya hökuməti hərbi əsirlərin və ölənlərin cəsədləinin geri qaytarılmasını alqışlayır. Biz tərəfləri bütün qalan hərbi əsirlərin və ölənlərin cəsədləinin qaytarılması məsələsini müzakirə etməyə çağırırıq. İşgəncə xəbərləri isə son dərəcə narahatedicidir və bunun üçün müvafiq orqanlar tərəfindən hərtərəfli araşdırma tələb olunur” – deyə Britaniyanın İrəvandakı səfirliyinin bəyanatında qeyd olunur.

ABŞ da Azərbaycanı qoşunlarını ilkin mövqelərinə qaytarmağa çağırırb.

Dövlət Departamentinin sözçüsü Ned Prays öz brifinqdə deyib: "Biz Azərbaycanı qoşunları ilkin mövqelərinə qaytarmağa çağırırıq. Biz Ermənistanla Azərbaycan arasında bütün həll edilməmiş məsələləri sülh danışıqları yolu ilə həll etməyə çalışırıq. Gücdən istifadə məqbul yol deyil. Davamlı sülhə nail olmaq üçün iş lazımdır, çünki bu münaqişənin hərbi yolla həlli yolu yoxdur”.

Teqlər