Sen 27, 2022 13:44 Asia/Baku
  • Musəvi sionist rejimin Bakıdakı səfirinin iddiasına cavab verib

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri sionist rejimin Bakıdakı səfirinin tvitinə münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, son bir neçə ayda sionist rejimin Azərbaycandakı səfiri İranın maraqlarına zidd iddia edib və açıqlamalar verib; Bunun son nümunəsi də bu yaxınlarda onun İranın ərazi bütövlüyünə qarşı iddiası idi ki, İranın Bakıdakı səfiri bu iddiaya cavab olaraq, vurğulayıb ki, İranın ərazi bütövlüyünə qarşı hər hansı təxribat bizim qırmızı xəttimizdir və onun nəticələrini yaxşı bilirsiniz.

İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi öz Tvitter səhifəsində yazıb: "Dünyadakı bütün yəhudiləri, xüsusən də yəhudi soydaşlarımı Yeni il münasibətilə təbrik edirəm. Bu gün sülhsevər yəhudilər hörmət bəslədikləri dəyərləri qeyd edirlər; Qəsbkar sionist rejim və onun uşaq öldürən liderlərinə Nikbət günündən bəri yad olan dəyərlər".

Teqlər