Sen 29, 2022 10:49 Asia/Baku

Azərbaycan Xarici İşlər Nazirliyi üç erməni hərbçinin ölümü ilə nəticələnən yeni toqquşmalara görə Ermənistanı ittiham edərək onun bölgədə vəziyyəti gərginləşdirmək istədiyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, sentyabrın 28-də Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı bəyanatını əsassız iddia adlandıran Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub və nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu ağır yaralanıb. Beləliklə də Ermənistan tərəfinin atəşkəsi pozaraq əl atdığı təxribata cavab olaraq Azərbaycan Ordusu adekvat tədbirlər görüb.

Azərbaycan XİN-in bəyanatında qeyd olunur ki, bu, Ermənistanın danışıqlar prosesini pozmaq üçün növbəti bəhanəsidir. Ermənistan rəhbərliyi bölgədəki vəziyyəti gərginləşdirməməli, danışıqlar prosesinə qeyd-şərtlər irəli sürməməli, beynəlxalq ictimaiyyəti ittiham etmək təcrübəsini dayandırmalı və danışıqlar masasında əyləşməlidir.

 

Bundan öncə erməni tərəfi iddia edib ki, Azərbaycan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Şərq istiqamətində yerləşən döyüş mövqelərini minaatanlardan və iriçaplı atıcı silahlardan atəşə tutub.

Ermənistan Müdafiə nazirliyinin məlumatlanda qeyd olunur ki, Azərbaycanın guya təxribatı nəticəsində Ermənistan tərəfinin 3 itkisi var.

Teqlər