Sen 29, 2022 12:00 Asia/Baku
  • ABŞ sülh prosesində fəallaşıb

ABŞ Bakı və İrəvan arasında sülh danışıqlarında fəal iştirak etdiyini bildirib

SəhərAzəri-nin məlumatına əsasən, Dövlət Departamentinin nümayəndəsi Ned Prays çərşənbə günü mətbuat üçün brifinq zamanı bildirib ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesinə "bir çox kanallar"la dərindən cəlb edilib.

“Biz tərəflər arasında gərginliyin səngiməsi möhkəmləndirmək üçün bir neçə səviyyədə, bir neçə kanalla qarşılıqlı fəaliyyət göstəririk”, - deyə ABŞ hökumətinin rəsmisi vurğulayıb. 

Prays deyib ki, Ağ Evdə Hacıyev və Qriqoryanın görüşü milli təhlükəsizlik üzrə müşavirlər səviyyəsində keçirilib. Öz növbəsində dövlət katibi Blinken Xarici İşlər nazirliklərindən olan həmkarları ilə danışıqlar aparıb. Katib həmçinin Ermənistan və Azərbaycanla liderlər səviyyəsində də qarşılıqlı əlaqə yaradıb.

Səfir Filip Rikerə gəlincə, o, "erməni və azərbaycanlı həmkarları ilə fəal əlaqə saxlayıb", - Prays əlavə edib.

Müşahidələr onu deməyə əsas verir ki, ABŞ Cənubi Qafqazda Rusiya ilə apardığı nüfuz savaşında Ermənistana xüsusi loyallıq nümayiş etdirir. Azərbaycana yönəlik siyasətdə isə bu ölkənin maraqları heç bir vəchlə nəzərə alınmır. Minsk Qrupunun dirçəldilməsinə cəhd, Konqresdə Azərbaycanın hərbi əməliyyatlarının pislənilməsi və Nensi Pelosinin bü günlərdə İrəvana nümayişkaranə səfəri Birləşmiş Ştatların ikili standartlardan çıxış etdiyini göstərir. 

Bununla yanaşı Ağ Ev Qarabağa statusun verilməsində israrlı qalaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünü keçmişdəki kimi şübhə altına almaqda davam edir. 

Sentyabrın 27-də Sünik bölgəsinin qubernatoru Robert Ğukasyan ABŞ-ın Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Lin Treysini qəbul edib.

Görüşdə Amerika səfiri Lin Treysi deyib: “Ən yüksək səviyyədə biz güc tətbiqinin qarşısını almaq üçün hər şeyi edirik”

Teqlər