ABŞ erməni separatçılarına təbliğat imkanı yaradıb
"DQR"-nin xarici işlər naziri Kaliforniya Universitetində mühazirə oxuyub
ABŞ erməni separatçılarına təbliğat imkanı yaradıb. Qondarma rejimin təmsilçisi Azərbaycan Respublikasının əleyhinə təbliğatını davam etdirir.
SəhərAzəri-nin məlumatına əsasən, separatçıların dırnaqarası xarici işlər naziri Davit Babayan sentyabrın 28-də Kaliforniya Universitetində “Artsaxın xarici siyasəti və dövlət quruculuğu” mövzusunda mühazirə oxuyub.
Mühazirədən əvvəl o vurğulayıb ki, bütün xarici səfərləri zamanı bu cür görüşlərin qarşılıqlı faydasını nəzərə alaraq müxtəlif elm və təhsil müəssisələrində görüşlər keçirməyə çalışır.
Davit Babayan həmçinin ABŞ-ın Kaliforniya ştatının Montebello şəhərinə səfər edib.
Səfərin əvvəlində separatçı məmur qondarma Erməni Soyqırımı Memorial Kompleksində soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib. Bundan sonra Davit Babayan ilə Montebello şəhərinin meri Kimberli Ann Kobos-Kutorni arasında görüş baş tutub.
Görüşdə qondarma rejimin ABŞ və Kanadadakı daimi nümayəndəsi Robert Avetisyan da iştirak edib.