Okt 04, 2022 12:44 Asia/Baku
  • Azərbaycan erməni əsirlərin güllələnməsi faktını dərhal araşdırmalıdır

Qərb dövlətləri Azərbaycan hakimiyyətini erməni əsirlərin güllələnməsi faktını dərhal araşdırmağa çağırıblar.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Azərbaycan hərbçilərinin silahsız erməni əsirləri güllələməsi ilə bağlı xəbərlərdən dərin narahatdır.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays öz Tvitter səhifəsində yazıb.

“Biz tam və qərəzsiz araşdırmaya çağırırıq. Hər hansı bir vəhşilikdə günahkar olanlar məsuliyyətə cəlb edilməlidir”, – deyə Ned Prays yazıb.

Avropa İttifaqının xarici xidmətinin nümayəndəsi Piter Stano da Brüsseldə keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycan hakimiyyəti erməni hərbi əsirlərin Azərbaycan əsgərləri tərəfindən ölüm cəzasınaı əks etdirən videonu dərhal araşdırmalıdır.

“Biz aidiyyatı olan qurumları dərhal araşdırma aparmağa çağırırıq. Azərbaycan əsgərlərinin erməni həbiçilərini necə ölüm cəzasına məhkum etdiyinin əks olunduğu bu video ilə bağlı iş Azərbaycan hakimiyyəti tərəfindən araşdırılmalıdır”- deyərək o, qeyd edib.

Stano-nun sözlərinə görə, əgər araşdırmanın nəticələri videonun həqiqiliyini göstərirsə, o zaman “bu, hərbi cinayətdir və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”. “Belə bir cinayət ittiham edilməlidir” – deyərək o, əlavə edib.

Bundan əvvəl internetdə Azərbaycan əsgərlərinin bir qrup erməni hərbi əsiri güllələməsi ilə bağlı video yayılıb. Ermənistan Müdafiə nazirliyinin mətbuat katibi Aram Torosyan bazar günü videonu etibarlı adlandırıb və qeyd edib ki, bu, Azərbaycan silahlı qüvvələrinin əl yazısıdır, lakin hadisənin yeri və vaxtı hələ müəyyən edilməyib.

Teqlər