Okt 04, 2022 13:40 Asia/Baku
  • Fransa səfirinə nota verilib

Oktyabrın 3-də Fransanın Bakıdakı səfiri Zakari Qross Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilib və ona Parisdəki Azərbaycan səfirliyinə qarşı vandalizm aktı ilə bağlı etiraz notası təqdim edilib.

SəhərAzəri-nin məlumatına görə, Xarici İşlər Nazirliyi bildirir ki, oktyabrın 1-də bir qrup radikal erməni Parisdəki səfirliyin binasına boya töküblər.

Fransanın Bakıdakı səfirinə bildirilib ki, Fransada Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliklərinə hücumlar davam edir.

Oktyabrın 1-də baş verən insident Azərbaycan tərəfinin dəfələrlə tələb etməsinə baxmayaraq, Fransa hökumətinin lazımi tədbirlər görməməsi səbəbindən baş verib.

Fransa hakimiyyətindən Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliklərinin mühafizəsini təşkil etmək, törədilmiş zorakılıq aktlarını araşdırmaq, günahkarları məsuliyyətə cəlb etmək, dəymiş ziyanı aradan qaldırmaq və təzminat ödəmək tələb olunur.

Fransa səfiri notanı ölkəsinin səlahiyyətli orqanlarına çatdıracağını qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl bir qrup erməni də Azərbaycan səfirliyinə hücum edərək qapıları sındırmağa cəhd etmişdi. 

Teqlər