Okt 04, 2022 13:52 Asia/Baku
  • Həbs edilmiş siyasi mühacir aclıq elan edib

Almaniyadan Azərbaycana gələn kimi həbs edilmiş siyasi mühacir Anar Əliyev oktyabrın 3-dən quru aclığa başlayıb. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

SəhərAzəri-nin Turan-a istinadən verdiyi məlumata görə, Anar Əliyev  iyulda xəstə atasına baş çəkmək üçün Almaniyadan Azərbaycana gəlib. Almaniyada Əliyevin ailəsi humanitar səbəblərlə əlaqədar Almaniyadan sığınacaq alıb. Bir neçə həftə sonra o, polis tərəfindən saxlanılıb və narkotik ticarətində ittiham olunaraq barəsində cinayət işi açılıb və ona 12 ilə qədər həbs cəzası verilə biləcəyi deyilir.

Vəkilin sözlərinə görə, Nizami rayon polis idarəsinin müvəqqəti saxlanma yerində saxlanılan Əliyev ona qarşı siyasi və qurama ittiham irəli sürülməsinə, ailəsinə təzyiq olunaraq ölkədən çıxışına məhdudiyyət qoyulmasına etiraz əlaməti olaraq quru aclığa başlayıb.

Anar Əliyev özü bu ittihamları rədd edir və şərləndiyini bildirir. Onun həbsinin əsl səbəbinin Almaniyada Azərbaycandakı siyasi məhbusların hüquqlarının qorunması tələbi ilə keçirilən etiraz aksiyalarında iştirak etməsi olduğu deyilir.

Teqlər